Toyota və Lexus etibarlılıqda zirvədədir!
Rekord yürüş edə bilən avtomobil markalarının adları açıqlanıb. 395 milyondan çox avtomobilin göstəriciləri araşdırılaraq, 250 min mil (təxminən 402 min kilometr) məsafəni qət etmək şansı ən yüksək olan maşınlar müəyyən edilib. Bu barədə “iSeeCars Research” tədqiqat şirkətinin analitikləri məlumat verib.
Minval.info xəbər verir ki, etibarlılıq baxımından Yaponiya istehsalçıları ön plandadır. Siyahının lideri “Toyota” markalı avtomobillərdir. Bu nəqliyyat vasitələrinin qeyd olunan yürüş həddini aşma ehtimalı 19,7 faizdir ki, bu da orta sənaye göstəricisindən 3,7 dəfə yüksəkdir. Ümumi reytinqin ilk beşliyində bir ABŞ təmsilçisi istisna olmaqla, yalnız Yaponiya maşın markaları yer alıb. “Toyota”nın ardından lüks subbrend olan “Lexus” (14,4%), daha sonra isə “Honda” (13,3%), “Acura” (9,5%) gəlir. Beşinci yeri “General Motors” konserninə məxsus “GMC” (5,8%) tutub.
Aparıcı analitik Karl Brauer qeyd edir ki, “Porsche”, “BMW”, “Audi”, “Land Rover” və ya “Buick” kimi bəzi baha qiymətli markaların aşağı nəticə göstərməsi onların keyfiyyətsizliyi demək deyil. Bu, sadəcə olaraq sürücülərin həmin avtomobillərdən gündəlik uzun məsafəli səfərlər üçün nadir hallarda istifadə etməsi ilə bağlıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır