Ukrayna Silahlı Qüvvələri: "İran dronları ABŞ və İsrail PUA-larının keyfiyyətsiz surətidir"
İran dronları ABŞ və İsrail pilotsuz uçuş aparatlarının keyfiyyətsiz surətidir.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergeyy Çerevatı “Freedom” telekanalının efirində danışıb.
Onun sözlərinə görə, Rusiya təbliğatı İran PUA-larını hansısa “super nailiyyət” və ya “vundervaffe” kimi təqdim etməyə çalışır:
“Əslində, bu, Amerika və İsrail PUA-larının vurulduqdan sonra götürə bildikləri pis bir surətidir. Məsələn, onun belə bir çatışmazlığı var – çox səs-küylüdür, onu xeyli məsafədən mühərrikin səsinə görə müəyyən etmək mümkündür”.
Sözçü qeyd edib ki, Ukrayna hərbçiləri artıq bu pilotsuz təyyarələrlə mübarizə yolları üzərində işləyirlər:
“Mən görürəm və bilirəm ki, bizim hava hücumundan müdafiə sistemimiz artıq bu təhlükəni aradan qaldırmaq üsulları üzərində işləyir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahları
Kəlbəcərdə ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib VİDEO
Ələ keçirilmiş erməni hərbçilərin adları açıqlandı - SİYAHI
Rusiya ordusunun vurulan tanklarının sayı açıqlandı - FOTO
Sergey Qayday: “Ruslar Luqansk vilayətində ilişib qalıblar”