Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 37,5 min nəfər təşkil edir"
Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 70 rusiyalı hərbçini məhv edib. Genişmiqyaslı işğalın başlamasından bəri isə Rusiya Silahlı Qüvvələri ümumilikdə təxminən 37 470 nəfər şəxsi heyətini itirib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
İyulun 12-nə olan məlumata görə, 1 649 tank, 3 829 zirehli döyüş maşını, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 676 PUA, 155 qanadlı raket, 15 gəmi, 2 699 avtomobil texnikası və avtosistern, 66 xüsusi texnika məhv edilib.
Rusiya ən böyük itkiləri Nikolayev vilayəti istiqamətində verib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin hücum təyyarələri Rusiya Silahlı Qüvvələrinin Nikolayev vilayətində, Sniqirevka və Lyubimovka ərazilərindəki silah-sursat anbarlarına üç hava zərbəsi endirib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur