03.02.2022 - 11:59
İdman 1 baxış

UEFA "Qarabağ"la oyunu "Marsel" üçün təhlükəli səfər adlandırıb

UEFA “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıdakı oyununu Fransa “Marsel”i üçün təhlükəli səfər adlandırıb.

Minval.info xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında Konfrans Liqasının pley-off oyunlarına həsr olunmuş yazıda bildirilir.

Qurum ilk qarşılaşmada Fransa təmsilçisinin Azərbaycan klubunu qəbul edəcəyini xatırladıb: “Marsel” Konfrans Liqasının qrupunda İsveçrə “Bazel”indən sonra ikinci yeri tutan, lakin Kipr “Omoniya”sı və Qazaxıstan “Kayrat”ını xeyli qabaqlayan “Qarabağ”a çağırış edir. Xorxe Sampaolinin baş məşqçi olduğu komanda Avropanın digər ucuna təhlükəli səfərdən əvvəl qış fasiləsi səbəbindən fevralın əvvəlinədək matç keçirməyən komandaya qarşı “Velodrom”da ilk oyununa çıxacaq”.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: