UEFA "Beşiktaş" və "Qalatasaray"ı cəzalandırıb
UEFA İntizam Komitəsi Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klublarını cəzalandırıb.
Minval.info-nun məlumatına görə, səbəb kimi hər iki komandanın avrokubok qarşılaşmalarında azarkeşlərin davranışları göstərilib.
“Qara qartallar” noyabrın 3-də Portuqaliyada “Sportinq”ə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur qarşılaşmasında fanatlarının meydana yad əşyalar atmaları üzündən 9 000 avro, fişəng yandırmaları ilə əlaqədar 4 500 avro cərimələnib.
“Sarı-qırmızılar”a isə noyabrın 25-də evdə Fransa “Marsel”i ilə Avropa Liqasının V tur matçında baş vermiş olaylar üzündən 11 875 avro cərimə kəsilib. Məbləğin 9 375 avrosu yad əşyaya, 2 500 avrosu isə fişəng yandırılmasına görə ödənilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı