Ucarda ağır qəza, ata və azyaşlı oğlu öldü - FOTO
Bakı-Qazax yolunda gecə saatlarında baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 2019-cu il təvəllüdlü İlyas Elçin oğlu Cəlilov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi “Opel” markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı habelə onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb
Ukraynaya girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Bakıda qanunsuz bina tikintisinin qarşısı alındı
16 yaşlı qız qaçırıldı - Ata polisə üz tutdu (TƏFƏRRÜAT)
Bakıda avtoxuliqan belə ələ keçdi- VİDEO
Azərbaycanda DƏHŞƏT – 60 yaşlı müəllim 15 yaşlı qızı hamilə buraxdı
Qəzada ölən Elxan əsgərlikdən təzə gəlibmiş...