01.11.2026 - 13:54
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Ölkə 151 baxış

Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Baku.ws-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli hava şəraiti müşahidə edilə bilər. Şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Gecə saatlarında havanın temperaturunun 13-16° isti, gündüz isə 18-20° isti olması gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunu səviyyəsində olacaq. Nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Buna baxmayaraq, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı bölgələrdə intensiv yağış, şimşək çaxması, dolu düşməsi və yüksək dağlıq ərazilərdə qar yağması da mümkündür. Arabir dumanlı hava şəraiti də gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək.

Rayonlarda havanın temperaturu gecə 11-16° isti, gündüz 18-22° isti arasında dəyişəcək. Dağlıq bölgələrdə isə gecə 5-10° isti, gündüz isə 12-17° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: