Skeleti 47,3 milyon dollara satdılar
ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda nadir nanotirannus dinozavrının skeleti 47,3 milyon dollara satılıb. Publika.az xəbər verir ki, “Sotheby’s” hərrac evi tərəfindən təşkil olunan bu satışda “Jodi” ləqəbli skelet, indiyə qədər satılmış ən bahalı ikinci dinozavr skeleti olub.
Skelet 2019-cu ildə Montana ştatında tapılıb və onun hündürlüyü 2,9 metr, uzunluğu isə 6 metrdir. Sümüklərinin 70 faizə yaxını qorunub saxlanılan bu nadir tapıntının qazıntı işləri “Dino Hunters” sənədli serialında da nümayiş etdirilib.
Hərracda altı iştirakçı 12 dəqiqədən artıq müddətdə bu unikal lot uğrunda mübarizə aparıb. Skeletin satış qiyməti ilkin təxmin edilən məbləğdən səkkiz dəfə çox olub.
Xatırladaq ki, iyul ayında “Qas” ləqəbli tirannozavr skeleti də hərracda rekord qiymətə – 50,1 milyon dollara satılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Kore yeni misket bombalı başlıq sınağı həyata keçirib
Almaniyada gənclərin təşkil etdiyi aksiyalar genişlənir
Zelenski Türkiyədə üçlü liderlər zirvəsini müzakirə etdi
Binance 6.3 milyard dollar dəyərində kripto hücumunun 90%-ni əvəz edib