Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
Azərbaycanda 2060-cı ilədək atmosferə atılan karbon emissiyalarının xalis sıfır səviyyəsinə endirilməsi hədəfi müəyyənləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarda 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, hazırda benzin mühərrikli maşınlar hibridlərdən olduqca ucuz satılır. Ekspert qeyd edib ki, qərardan sonra benzin və dizellə işləyən avtomobillərin saxlanılması vətəndaşlar üçün çətinləşə bilər.
ƏLAQƏLİ
Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın sərmayə qoyub
Raqif Raufoğlu əlavə edib ki, bazarda hibrid avtomobillər benzin və dizelə nisbətən daha əlverişli olmasına baxmayaraq, qiymətlərin artması bu tendensiyanı dəyişib. Elektromobillərin artması müşahidə olunsa da, onların saxlanılması ilə bağlı problemlər mövcuddur.
Ekspertin fikrincə, hibrid və elektromobillərin daha geniş yayılması üçün dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər vacibdir. 2060-cı ilə qədər bu keçid prosesinin necə gedəcəyini zaman göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi
Gələn il yaşayış minimumu və ehtiyac meyarı bu qədər olacaq
Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır
14 icra hakimiyyətində milyonlarla manatlıq maliyyə pozuntusu aşkarlanıb