Media və Yayım Şurası: Jurnalistlərə hücumlar narahatlıq doğurur
Son günlərdə media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması və onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi ciddi narahatlıq yaradır. Bu cür hərəkətlər jurnalistlərin təhlükəsizliyini təhdid etməklə yanaşı, cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna da müdaxilə edir.
Baku.ws-ın məlumatına görə, bu məsələ Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında vurğulanıb.
Bəyanatda qeyd olunur ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır. Şura, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edərək, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı