01.11.2026 - 14:54
"Kəpəz" klubunda mühafizə rəisi veteran futbolçunu döydü
Qalmaqal 96 baxış

"Kəpəz" klubunda mühafizə rəisi veteran futbolçunu döydü

“Kəpəz” futbol klubunda nəticələrdəki nisbətən sabitlik fonunda idarəetmə sistemində ciddi qarışıqlıq yaşanır. Publika.az-a klub daxilindəki mənbədən verilən məlumata görə, komandada ciddi insident baş verib.

Belə ki, “Kəpəz”in mühafizə xidmətinin rəisi Nicat, klubun inzibatçısı Cavid Əhmədovu döyüb. Hadisə Nicatın Cavid Əhmədovdan forma istəməsi və Əhmədovun bu istəyi rədd etməsi ilə başlayıb. Nicatın zor tətbiq etdiyi bildirilir.

Hadisə nəticəsində Cavid Əhmədovun səhhəti pisləşib və dərhal təcili yardım çağırılıb.

Qeyd etmək lazımdır ki, Cavid Əhmədov, eyni zamanda, veteran futbolçudur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: