Türkiyə şirkəti “Bayraktar”lara görə Ukraynadan pul almadı, üç PUA pulsuz veriləcək
Türkiyənin pilotsuz təyyarə (PUA) istehsalçısı “Baykar”şirkəti Ukrayna xalqının yeni “Bayraktar”lar alınması üçün həmrəylik nümayiş etdirib olduqca tez bir zamanda vəsait toplamasına görə, xoş niyyət göstərərək döyüş dronlarının 3-nü bağışlamağa qərar verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə istehsalçı “Baykar” şirkətinin rəsmi twitter səhifəsində açıqlama yayılıb.
“Baykar” şirkəti yeni “TB2 Bayraktar”lar üçün ödənişi qəbul etməyəcək və 3 İHA-nı Ukrayna cəbhəsinə pulsuz göndərəcək. Biz xahiş edirik ki, toplanan vəsait Ukrayna xalqının mübarizəsində kömək üçün istifadə edilsin. Biz bu həmrəylikdən və çətinliklər qarşısında verilən mücadilədən mütəəssir olduq”,-deyə şirkətin bəyanatında bildirilib.
Xatırladaq ki, bundan öncə ukraynalı teleaparıcı Sergey Pritula və blogger İqor Laçenkov ölkə vətəndaşlarından üç “Bayraktar” PUA-sının alınması üçün 450 milyon qrivna (20 milyon 500 min ABŞ dolları) vəsait toplamaqla bağlı müraciət etmişdi. Həmin müraciətdən sonra ölkə daxilində cəmi 3 gündə 4 ədəd “Bayraktar”a yetəcək qədər pul yığılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur