Türkiyənin daha bir klubu Mahir Emrelini istəyir
Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.
Minval.info Apasport.az-a istinadən xəbər verir ki, “Qalatasaray” 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
İstanbul klubu Polşa “Legiya”sı ilə problemi olan futbolçunun transferində maraqlıdır. “Qalatasaray” digər Türkiyə təmsilçiləri “Başakşəhər”lə “Sivasspor”un da heyətinə qatmaq istədiyi Mahiri azad agent kimi sıralarında görmək niyyətindədir.
Menecerlər hücumçunu Super Liqa komandalarına klubsuz oyunçu kimi təqdim edirlər. Havayı futbolçu almaq onlar üçün şirnikləndirinci olsa da, Emreli müqavilə ilə “Legiya”ya məxsusdur. Polşa klubu “Sivasspor”un 400 min, “Başakşəhər”in 750 min avroluq təklifi qarşısında da oyunçunu satmağa razılıq verməyib.
Qeyd edək ki, Mahirin “Legiya” ilə anlaşması 2024-cü ilin yayında bitəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı