Türkiyədə müəllim Xocalıda qətlə yetirilən hamilə qadının heykəlini hazırladı

Türkiyənin Fərat Universitetinin müəllimi Rüçhan Keçeci Xocalı faciəsi zamanı ermənilər tərəfindən xüsusi vəhşiliklə qətlə yetirilən hamilə qadını və bətnindəki körpəsini təsvir edən metal heykəl hazırlayıb.
Minval.İnfo Azərtac-a istinadən xəbər verir ki, “Körpənin səssiz fəryadı” adı verilən heykəlin ən maraqlı cəhəti onun 2500 tullantı metal hissədən hazırlanmasıdır.
R.Keçeçi müsahibəsində bu əsərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun hərbi birləşmələri tərəfindən yerlə-yeksan olunan Xocalı şəhərində qətlə yetirilən 613 günahsız insanın xatirəsinə ithaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, əsərdə faciə günü Ermənistan ordusunun əsgərləri tərəfindən təcavüz olunduqdan sonra kürəyindən süngü ilə vurularaq öldürülən hamilə qadın təsvir edilir. O, metal heykəlin Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Qazi Universiteti ilə Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkil etdiyi “Eşidilməyən haray: Xocalı” beynəlxalq rəsm və heykəl yarışında ən yüksək mükafata layiq görüldüyünü bildirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi