Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.
Minval.info xəbər verir ki, İzmir Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi Ümit Can Özden 2 il öncə Azərbaycandan Türkiyəyə köçüb.
16 yaşlı gənc qohumlarını ziyarət etmək üçün ötən həftə Mardinin Kızıltepe qəsəbəsinə gəlib. O, sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
2005-ci il təvəllüdlü yeniyetmə Tepebaşı məhəlləsinin Urfa küçəsi Cümhuriyyət meydanında iş yerlərinin birinin kamerlarına yansıyıb. Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Ümid Can Özden sentyabrın 9-da səhər saatlarında Kızıltepe yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb. O, tibbi erkspertiza üçün Mardin Dövlət Xəxtəxanasına aparılıb.
Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır

