Türkiyədə həbs edilən azərbaycanlı qadına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Samirə İbrahimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Minval.info xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü S.İbrahimova Azərbaycandan qadınları iş adı ilə Türkiyə və digər ölkələrə apararaq, onları istismar edib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
S.İbrahimova Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun xətti ilə 2017-ci ildə beynəlxalq axtarışa verilib. Daha sonra S.İbrahimova Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır