Türkiyədə derbidən əvvəl qanlı dava - VİDEO
Dünən baş tutan “Fənərbağça-Beşiktaş” derbisindən əvvəl İzmirdən İstanbula gələn azarkeş Şakir Şenay stadion yaxınlığında bıçaqlanıb.
Minval.İnfo xəbər verir ki, hadisə Türkiyənin İstanbulda, yerli saat ilə 18:00 radələrində baş verib.
Deyilənə görə, İzmirdən gələn azarkeş qrupu ilə bir digər “Fənər” azarkeş qrupu ilə qarşılaşıb və sözlü münaqişə davaya çevrilib. Dava zamanı qarşı tərəfdən naməlum şəxs Şakir Şenayı bıçaqlayıb.
Aidiyatı qurumlara xəbər verildikdən sonra yaralanan şəxsə ilk tibbi yardım göstərilib. Müalicəyə alınan yaralının yarası ölümcül olmayıb. Yaralanan şəxs xəstəxanaya köçürülüb. Hüquq mühafizə orqanları şübhəli şəxsi axtarır.
Hadisə ətraflı olaraq mühafizə kameralarında öz əksini tapıb.
Emil Nəcəfli
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün Çempionlar Liqasının oyunları keçiriləcək
"Artıq Neymara qapını açıram" - Ramos
Türk model Ronaldo ilə yazışmalarını yaydı - VİDEO
80 milyonluq transfer razılaşdırıldı – rəsmi açıqlama
Bu gün Çempionlar Liqasının oyunları var!