Tovuzda xəstəni döyən həkimdən açıqlama: “Mənə nalayiq təkliflər etdi” VİDEO
Tovuz rayon Mərkəzi Rayon Xəstəxanasının həkimi Sona Hüseynova vətəndaşı döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.
Xəstəxananın psixiatrı Sona Hüseynova “Report”a açıqlamasında bildirib ki, 6 il öncə qeydiyyatda olan vətəndaş epilepsiyadan əziyət çəkir.
Onun sözlərinə görə, ona 3-cü qrup əlillik təyin olunub: “Son 5 ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət gösətərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub. Müayinə zamanı ciddi şəxsiyyət pozuntusu aşkar olunmadı, əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilmədi. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı bir dənə belə olsun sənədi yoxdur.
Epileptik tutmasının olması, şəxsiyyət dəyişikliyin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar yatış barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar yatışa razı olmadığını bildirək məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı. Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videgörüntəyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 min manat pul verəcəm, ya da videonu yayımlayaraq səni rüsvay edəcəyəm”.
https://www.youtube.com/watch?v=6T4vN0wP2ns
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
TƏBİB-in nümayəndəsi koronavirusa yoluxdu
Sumqayıtda 34 yaşlı qadın özünü binadan atdı
Sərhəddəki insidentdə 1 nəfər qaçıb - Rəsmi açıqlama
Məşhur gitaraçını ehtiyatsızlıqdan öldürən oğlu həbs edildi
Moskvadakı partlayışda azərbaycanlılar xəsarət alıb - VİDEO