Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı daha bir cinayət işi ayrıca icraata verilib
Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında ilkin düşmüş, ay yarım sonra yandırılmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətlilə bağlı ayrıca cinayət işi ayrılaraq icrata verilib.
Minval.info-nun məlumatına görə, bunu Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə keçirilən prosesdə dövlət ittihamçısı deyib.
O bildirib ki, İlkin Süleymanovun işi məhkəməyə göndəriləndə ondan daha bir cinayət işi ayrılıb və həmin iş üzrə istintaq davam edir. İstintaq cinayətdə digər şəxslərin müəyyənləşdirilməsi üçün ayrılan cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, 2019-cu ildə Tovuz rayonunun Dindar Quşçu kəndində kənd sakini, 10 yaşlı Nərmin Quliyeva itkin düşüb. 2020-ci il yanvarın 6 da N. Quliyevanın meyiti evlərinin yaxınlığında yandırılmış vəziyyətdə tapılıb.
İş üzrə kənd sakini İlkin Süleymanov təqsirləndirilən şəxs qismində həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır