"Topuş bacı”ilə bağlı şok açıqlama - Xərçəng xəstəliyi...
“Sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar. Məsələn, hamımızın “Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır?”.
Minval.info xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin Modern.az-a verdiyi müsahibəsində deyib.
Baş onkoloq bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir:
“Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Topuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur. Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cavidan Novruz: "Hüseyn siqaret çəkməyə gedəndə Rozadan icazə alır" - VİDEO
Zelenski Rusiya ordusunun itkilərini açıqladı
Artur Rasizadə: "Elə bilirlər ki, Baş nazir olmaq asandır"
"Putinin "hesab günü" yaxınlaşır, mən 10 il əvvəl demişdim ki..."
ETSN: "Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib"
Arif Quliyev aparatdan ayrılsa, öləcək - Vəziyyəti İlə bağlı yeni xəbər
Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı - DƏHŞƏTLİ FOTOLAR