Tolik yayılan videosu barədə danışdı: "Bunu yayan adamlar ..." - VİDEO
Tanınmış prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu yayılıb.
Minval.İnfo xəbər verir ki, sosial şəbəkələrin gündəmini bir gecəyə zəbt edən videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.
Efirə getməyən görüntülərin qəsdlə mediaya ötürüldüyü düşünülür. Tolikin davalı olduğu Sevil-Sevinc bacılarından şübhə duyulsa da, Tarix Əliyev Minval.info-ya açıqlamasında bu addımı başqa şəxslərin atdığını deyib:
“Mən işimdəyəm, indi bir verilişim bitdi, ikincisini də çəkəcəyəm. Bunu “Xəzər” televiziyasından soruşmaq lazımdır ki, o görüntülər necə çıxıb? Bunu yayan adamlar müxalifət yönümlüdürlər. Mən elə fikirləşirəm ki, onlar Orduxanı dəstəkləyirlər. Ona görə də, bu haqda heç danışmaq istəmirəm”.
Damla
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Ruhun şad olsun, oğul” - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı
Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı
Polisi döyən deputatın mandatı əlindən alına bilər? - İZAH
