21.10.2026 - 15:04
Tikinti materiallarının bahalaşması mənzil bazarını necə təsir edir
İqtisadiyyat 152 baxış

Tikinti materiallarının bahalaşması mənzil bazarını necə təsir edir

Publika.az-ın məlumatına görə, Azərbaycanda tikinti materiallarının qiymətlərində baş verən artım mənzil bazarında qiymətlərin gələcək dinamikası ilə bağlı suallar doğurur. Tikinti xərclərinin yüksəlməsi yeni layihələrin maya dəyərinə və mənzillərin satış qiymətinə təsir göstərə bilər.

Torpaq sahələrinin qiyməti, əməkhaqqı və bazardakı tələb-təklif nisbəti də mənzil qiymətlərinin formalaşmasında mühüm rol oynayır. Bu fonda tikinti materiallarının bahalaşmasının daşınmaz əmlak bazarına təsiri və mənzil qiymətlərinin gələcək istiqaməti diqqət mərkəzindədir.

Publika.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkənin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakıda daşınmaz əmlakın satış qiymətlərində hər ay və hər il artım müşahidə olunur.

Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımına əsasən torpaq sahələrinin və tikinti materiallarının bahalaşması təsir edir. Tikinti materiallarının qiymətlərində illik 10-15 faizlik artım tikinti xərclərini artırır. Hazırda fərdi yaşayış evlərinin tikintisində hər kvadratmetrə orta hesabla 400 manat vəsait tələb olunur ki, bu xərclərdə il ərzində təxminən 10 faizlik artım baş verərsə, hər kvadratmetr üzrə əlavə 20-40 manat xərc yarana bilər.

Ekspert əlavə edib ki, daşınmaz əmlakın satış qiymətlərindəki artım təkcə tikinti materiallarının bahalaşması ilə bağlı deyil, həm də torpaq sahələrinin qiymətinin yüksəlməsi və tikintinin ümumi maya dəyərinin artması əmlakın qiymətlərinə ciddi təsir edir. Mövcud tendensiyalar nəzərə alındıqda, yaxın gələcəkdə daşınmaz əmlak bazarında qiymət artımının davam etməsi ehtimal olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: