Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi
Baku.ws-ın məlumatına görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq kanalizasiya quyusuna düşərək xəsarət alıb.
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində baş verib. Rövşən Əmircanovun xanımı avtomobildən düşərkən açıq yağışqəbulediciyə düşüb və sağ baldır sümükləri sınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi açılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi məsuliyyətə cəlb edilib, lakin adı hələ dəqiqləşdirilməyib.
Xətai Rayon Məhkəməsi əvvəlcə təqsirləndirilən şəxsə bəraət versə də, apellyasiya instansiyası bu qərarı ləğv edib. Məhkəmə-tikinti ekspertizasının rəyinə əsasən, hadisə yağışqəbuledicinin barmaqlıqla təchiz edilməməsi səbəbindən baş verib. Nəticədə AAYDA əməkdaşı 2000 manat cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda uşaq təhsil mərkəzində autizmli uşağa şiddət tətbiq edildi
Paris mağazasının sahibi talandan sonra ağır vəziyyətdədir
Lerikdə qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı