21.10.2026 - 13:34
İngiltərənin dövlət borcu ilk dəfə 3 trilyon funt sterlin həddini keçdi
İqtisadiyyat 105 baxış

İngiltərənin dövlət borcu ilk dəfə 3 trilyon funt sterlin həddini keçdi

İngiltərədə dövlət borcu ilk dəfə 3 trilyon funt sterlin həddini aşdı. Bu məlumat ONS tərəfindən açıqlanan statistikaya əsaslanır. Ölkənin dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 0,7 faiz bəndi azalaraq 94 faizə geriləyib.

Minval.info xəbər verir ki, İngiltərə hökumətinin xalis borclanması sentyabrda 24,5 milyard funt sterlinə yüksəlib. Bu, bazarın təxmin etdiyi 24 milyard funt sterlinlik proqnozu üstələyib. Borcun artımında inflyasiyanın təsiri böyükdür və bu, hökumətin gəlirlərindən daha sürətlə artan xərclərdə özünü göstərir.

Küresel inflyasiya, dövlət istiqrazlarının gəlirlərini son illərin ən yüksək səviyyələrinə qaldırır. Bu vəziyyət, mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur edir. Eyni zamanda, kredit yükü altında olan ailələr və bizneslər üçün maliyyə təzyiqini artırır.

Bu məlumatların açıqlanmasından sonra bazar analitikləri, İngiltərə Mərkəz Bankının noyabr ayındakı toplantısında borclanma xərclərini artıracağına dair gözləntilərini gücləndirdi. Moneyfarm İnvestisiya Direktoru Riçard Flaks, “Buradakı əsas sual, artan faizlərin inflyasiyanı nə dərəcədə cilovlaya biləcəyi və iqtisadiyyata əlavə təzyiq yaratmadan bunu edə bilib-bilməyəcəyidir,” deyə bildirdi.

Quilter Cheviot Sabit Gəlirli Qiymətli Kağızlar Araşdırma Müdiri Riçard Karter isə, bu borc göstəricilərinin hökumətin həll etməyə çalışdığı çətin bir problemi əks etdirdiyini vurğuladı. O, AFP-yə verdiyi açıqlamada, “Borclanma xərcləri və mövcud borclar hökumət maliyyələrini çətinləşdirərkən, uzunmüddətli iddialı bir xərcləmə proqramı həyata keçirmək istəyir,” dedi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: