21.10.2026 - 16:14
Quyruqlu uşaq iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?
Siyasət 195 baxış

Quyruqlu uşaq iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?

Baku.ws-ın yazdığına görə, Azərbaycan haqqında sərt bəyanatlar verən bəzi şəxslərin öz keçmiş açıqlamalarına baxmaq kifayətdir: Peyvəndlərdən sonra “üçqulaqlı, beşgözlü uşaqlar” doğulacağını söyləyən siyasətçi, dünyəviliyin konstitusiyadan çıxarılmasını tələb edən keçmiş imam, tələbə mübadiləsini təhqir predmetinə çevirən yazar və xilafətin bərpasını siyasi hədəf sayan müəlliflər…

Xarici İşlər Nazirliyinin (XİN) mediada yayılan açıqlamasına əsasən, Azərbaycanın arzuolunmaz şəxs elan etdiyi 31 Türkiyə vətəndaşı arasında bu çıxışların müəllifləri də var. Onların bəzilərinin əvvəlki şərhləri ölkəmizə qarşı səsləndirdikləri fikirlərin hansı düşüncədən qaynaqlandığını göstərir.

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan 2021-ci ildə mRNA peyvəndləri haqqında danışarkən “üçqulaqlı, beşgözlü” varlıqların doğula biləcəyini iddia edib. Bu cür əsassız iddialarla siyasi tribunaya çıxmaq məsuliyyətsizlikdir.

Ayasofyanın keçmiş baş imamı Mehmet Boynukalın 2021-ci ildə dünyəvilik prinsipinin konstitusiyadan çıxarılmasını istəyib. Bu fakt onun dünyəvi dövlətə münasibətinin əvvəldən formalaşdığını göstərir.

“Yeni Şafak” yazarı Yusuf Kaplan Erasmus proqramını təhqir edərək, iştirakçıların münasibətlərindən bir milyon nikahdankənar uşağın doğulduğunu iddia edib. Təhsil məsələlərində ciddi mövqe fakt və dəqiqlik tələb edir.

“Köklü Değişim” yazarı Hakkı Eren və Muhammed Emin Yıldırım xilafəti siyasi ideal kimi təqdim edirlər. Onların dünyəvi idarəçiliyə yönələn tənqidlərinin arxasında hansı alternativin dayandığı aydın görünür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: