21.10.2026 - 11:24
Rekord məbləğ: ABŞ-ın dövlət borcu elə sürətlə artır ki...
İqtisadiyyat 137 baxış

Rekord məbləğ: ABŞ-ın dövlət borcu elə sürətlə artır ki...

Publika.az-ın məlumatına görə, ABŞ-ın milli borcu rekord həddə çataraq 40 trilyon dolları keçib. Bu artımın ardınca, cəmi iki ay ərzində borc məbləği daha 400 milyard dollar artıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, milli borcun artımı avqustun 19-da 40 trilyon dolları aşdıqdan sonra oktyabrın əvvəlində əlavə dörddə bir trilyon dollarla davam edib. Xəzinədarlığın məlumatlarına görə, avqust ayının sonundan etibarən dövlət borcu 1% artaraq 40,4 trilyon dollara yaxınlaşıb.

Analitiklər, cari artım tempini nəzərə alaraq, 2030-cu ilə qədər ABŞ-ın milli borcunun 50 trilyon dolları keçə biləcəyini proqnozlaşdırırlar. Konqresin Büdcə İdarəsi isə 2036-cı ilə qədər dövlət borcunun ÜDM-i 20% üstələyəcəyini gözləyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: