21.10.2026 - 14:54
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Kriminal 158 baxış

Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu

Publika.az-ın məlumatına görə, “SOCAR-AQŞ” şirkətinin keçmiş baş direktoru Ramin İsayevin ümumi dəyəri təxminən 100 milyon manata yaxın olan əmlakı müsadirə edilib. İsayev, 54 milyon manatlıq mənimsəmə ilə əlaqədar təqsirli bilinərək, ölkə tarixində müsadirə olunan ən böyük əmlaklardan birinə sahibdir.

Məlumata görə, müsadirə edilən əmlaklar arasında 34 ədəd “Azərgold” markalı qızıl külçə, “Frey Wille” və “Van Cleef & Arpels” markalı zərgərlik məmulatları və müxtəlif xarici valyutalar yer alır. Bundan əlavə, Bakının müxtəlif rayonlarında yerləşən 19 mənzil və fərdi ev, bir neçə obyekt və torpaq sahələri də siyahıya daxildir.

Əmlakın bir hissəsi vurulmuş 54 milyonluq ziyanın ödənilməsinə yönəldiləcək, qalan hissə isə dövlət nəfinə alınacaq. Satışa çıxarılacaq əmlakların icrası ilə icra məmurları məşğul olacaq.

Ramin İsayevin cinayətləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkar edilib və ona xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı ilə 14 il həbs cəzası verilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: