Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya iki günlük səfəri başlayır. Baku.ws-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Səfərdə naziri Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin, o cümlədən investisiya şirkətlərinin yüksək vəzifəli şəxsləri müşayiət edəcək. Nümayəndə heyətində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Holdinqi, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Baku Steel Company” QSC, “PAŞA Holdinq” MMC, nazirlik yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC təmsil olunur.
Xatırladaq ki, bu ilin may ayında SOCAR, “Italiana Petroli” (IP) şirkətinin səhm paketinin 99,82 %-ni “API Holding”dən satın aldı. Bu nəticədə ilin birinci yarısının yekununda Azərbaycanın İtaliyaya birbaşa investisiya qoyuluşu 3 milyard 245,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. İtaliyanın birbaşa xarici investisiyalarda xüsusi çəkisi isə 0,8 %-dən 64,9 %-ə yüksəlib.
Bu ilin yanvar-sentyabr aylarında isə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9,2 milyard ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % artım göstərir. Bunun təxminən 8,8 milyard dolları (+3 %) ixracın, 400 milyon dolları (+6,6 %) isə idxalın payına düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rekord məbləğ: ABŞ-ın dövlət borcu elə sürətlə artır ki...
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Azərbaycan ərazisi ilə 9 ayda 12 milyon tondan çox tranzit yük daşındı
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı
ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb