21.10.2026 - 12:04
Süni intellekt mikro sahibkarlara kredit təklif edir: bankçılığın yeni mərhələsi
İqtisadiyyat 119 baxış

Süni intellekt mikro sahibkarlara kredit təklif edir: bankçılığın yeni mərhələsi

Publika.az-ın məlumatına görə, mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün maliyyəyə vaxtında çıxış, çevik xidmət və biznesin ehtiyaclarına uyğun həllər xüsusi əhəmiyyət daşıyır. Rəqəmsallaşma və süni intellekt isə bankların mikro sahibkarlarla iş modelini dəyişərək maliyyə xidmətlərini daha sürətli və əlçatan edir.

Minval.info xəbər verir ki, Kapital Bank son illərdə mikro kreditləşmə modelində həyata keçirdiyi transformasiya ilə sahibkarların maliyyəyə çıxışını sadələşdirməyə, kredit proseslərini onların gündəlik biznes fəaliyyətinə uyğunlaşdırmağa çalışır. Bankın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulovla müsahibədə bu mövzuda maraqlı məqamlar açıqlandı.

Mikro sahibkarlıqda transformasiya və rəqəmsallaşma

Bəxtiyar Rəsulov qeyd edir ki, ənənəvi modeldə mikro sahibkarın işləmə ritmi ilə kredit proseslərinin sürəti arasında ciddi fərq yaranırdı. Bunun üçün Kapital Bank təxminən 4 il əvvəl mikro kreditləşmə modelində ciddi transformasiyaya başlayıb. Məqsəd sahibkarın maliyyəyə çıxışını daha sadə və sürətli etmək idi.

Bu gün bankın mikro kredit müştərilərinin sayı 100 mindən çoxdur və kredit portfeli 660 milyon manat səviyyəsindədir. Kredit satışlarının təxminən 90%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilir və müştərinin biznesi ilə bağlı məlumatlar dəqiqləşdirildikdən sonra qərarların təxminən 95%-i tam avtomatik şəkildə qəbul olunur.

Bəxtiyar Rəsulovun sözlərinə görə, bu transformasiya yalnız kredit prosesini rəqəmsallaşdırmaqdan ibarət deyil. Əsas məqsəd mikro sahibkarın maliyyəyə çıxış modelini dəyişməkdir. Artıq bankçılıq sahibkarın işləmə tempinə uyğunlaşır və bu, müştəri məmnuniyyətinə də müsbət təsir göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: