21.10.2026 - 15:34
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
Dünya 237 baxış

Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır

Alimlər, “Turritopsis dohrnii” adlı meduzanın yaşlanma prosesini geri çevirərək hüceyrə səviyyəsində yenidən cavanlaşmasını təmin edən genetik mexanizmləri araşdırırlar. Bu meduza, “ölümsüz meduza” kimi tanınır və onun üzərində aparılan tədqiqatlar, Alzheimer, insult, infarkt və yaşa bağlı görmə itkisi kimi xəstəliklərin müalicəsində yeni metodların inkişafına ümid verir.

Minval.info xəbər verir ki, Texas A&M Universitetinin dəniz bioloqu Maria Miglietta tərəfindən aparılan laboratoriya testləri, bu meduzanın aclıq, qaynama, kəsilmə və həddindən artıq duzlu və ya şirin suya məruz qalma kimi çətin şərtlərdə belə sağ qala bildiyini göstərir. Bu cür stres faktorları ilə qarşılaşan yetkin meduza dənizin dibinə çökməklə kürə şəklində bir hüceyrə yığınına çevrilir və bir neçə gün içində “polip” adlanan erkən həyat mərhələsinə geri dönərək yüzlərlə yeni meduza yaradan bir koloniya təşkil edir.

Yetkin bir canlının yenidən erkən inkişaf mərhələsinə qayıda bilməsi, heyvanlar aləmində unikal bir xüsusiyyət kimi diqqət çəkir. Kərtənkələ, qurd və ya amfibiyalar qırılan əzalarını yeniləyə bilsə də, heç bir növ bütün bədənini körpəlik mərhələsinə qaytara bilmir.

Bu dövr, ilk dəfə 1992-ci ildə İtalyan bir tədqiqatçının həftə sonu yedirtməyi unutduğu meduzaların öldüyünü düşündüyü zaman, qabda yeni poliplər gördüyündə aşkar edilib. BBC-nin məlumatına görə, Salento Universitetindən bioloq Stefano Piraino, bu dönüşümün “transdiferensasiya” prosesi vasitəsilə baş verdiyini və bunun da yetkin toxumaların kök hüceyrə kimi bir vəziyyətə qayıdaraq yenidən fərqliləşməsini təmin etdiyini ortaya qoydu.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: