28 günlük tarif paketləri vətəndaşları qane edir?
Mobil operatorların tarif paketlərini 28 günlük müddətə təqdim etməsi abonentlərin illik rabitə xərclərinə təsir göstərir. Baku.ws-ın məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bu yanaşmanın istehlakçıların maraqları baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Vüqar Oruc bildirib ki, vətəndaşlar ailə büdcələrini əsasən aylıq gəlir və xərclər əsasında planlaşdırırlar. Tarifin 28 gün üçün müəyyənləşdirilməsi isə il ərzində əlavə ödənişə səbəb ola bilər.
AQC İdarə Heyətinin sədri qeyd edib ki, məsələn, 30 manatlıq tarif 30 günlük müddətə təqdim olunarsa, 365 gün ərzində 12 ödəniş 360 manat təşkil edir. Eyni tarif 28 günlük olduqda isə müddət ərzində 13 ödəniş tələb olunarsa, ümumi xərc 390 manata çatır. Beləliklə, illik fərq 30 manat olur.
Ailədə bir neçə nəfər mobil rabitə xidmətindən istifadə etdikdə bu fərq daha böyük məbləğə çevrilə bilər. Operatorların tarif siyasətini müəyyənləşdirmək hüququ ilə yanaşı, istehlakçıların xidmətin müddəti və ümumi dəyəri barədə aydın məlumat əldə etmək imkanı da qorunmalıdır.
Tariflərin illik xərcinin açıq göstərilməsi və təqvim ayına uyğun alternativ paketlərin təklif edilməsi abonentlərin məlumatlı seçim etməsinə kömək edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tikinti materiallarının bahalaşması mənzil bazarını necə təsir edir
İngiltərənin dövlət borcu ilk dəfə 3 trilyon funt sterlin həddini keçdi
Böyük Britaniyada inflyasiya gözləniləndən çox artıb
Rekord məbləğ: ABŞ-ın dövlət borcu elə sürətlə artır ki...
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır