Tibb sahəsində saxta diplomlar: Üç ildə təhlükəli artımın pərdəarxası
Son üç il ərzində tibb və səhiyyə sahələrində 38 saxta diplom aşkar edilib.
Minval.info xəbər verir ki, bu məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin ikinci rübü üzrə elektron bülletenində yer alıb.
Agentlikdən bildirilib ki, 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 30 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib. Həmçinin, kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyən edilib.
TKTA daha əvvəl, 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyini və 12 nəfərin saxta tanınma şəhadətnamələri əldə etdiyini xatırladıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!