Teymur Rəcəbov: "Azərbaycanda şahmat məktəbi həmişə güclü olub"
“Sovet dövründə Azərbaycanda şahmat məktəbi həmişə güclü olub”.
Minval.info-nun məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçmiş SSRİ dövründə tanınmış qrossmeysterlərin çoxunun Bakıda anadan olmaları barədə danışarkən deyib.
O bildirib ki, Harri Kasparov da daxil olmaqla, ölkədən hər zaman güclü zəka sahibləri çıxıb: “Kasparov dünya çempionu olanadək Azərbaycanda yaşayıb. O, tarixin ən güclü şahmatçılarından biridir. Düzdür, həmin vaxt milli komandada istedadlı şahmatçılarla bağlı problemlərimiz olub. Amma mən, Şəhriyar Məmmədyarov və Vüqar Haşımov yığmada çıxış edəndə bizim yaxşı kollektivimiz var idi. Dünyanın top komandalarından biri idik. Çünki heyətimizdə reytinqin ilk “onluğ”una daxil olan 3 qrossmeyster var idi”.
Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin bundan sonra şahmat tacı uğrunda yalnız iranlı Alireza Firuzca ilə qarşılaşmaq istədiyi barədə səsləndirdiyi fikirlərə də toxunub: “Düşünürəm ki, bu, sadəcə zarafatdır. Karlsen həmin görüşə vəsiqə qazanan istənilən şahmatçı ilə dueldə titulunu qorumağa çalışacaq. Çünki əvvəllər də eyni şeyləri deyirdi. Amma hələ də oynayır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb
"Qarabağ" Sivasda Dövlət Himni və gül-çiçəklə qarşılandı
Azərbaycan Premyer Liqasında həftənin komandası və oyunçusu açıqlanıb
Başiktaş üçün iki şok iddia - Türkiyə mediası
Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib
Ronaldonun tibbi testləri həkimləri şoka saldı - VİDEO