TƏBİB sabunçu tibb mərkəzində gips alınması i̇ddialarına CAVAB VERDİ
Sabunçu Tibb Mərkəzində pasiyentlərin gips və binti öz hesabına alması ilə bağlı iddialar gündəmə gəlib. Bu məsələyə aydınlıq gətirmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama yayıb.
Minval.info xəbər verir ki, 2026-cı il iyulun 30-da vətəndaş Fərid Fuad oğlu Bayramov Sabunçu Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinə müraciət edib. O, zəruri tibbi xidmət alıb.
Açıqlamada qeyd olunub ki, həmin gün şöbəyə daxil olan müraciətlərin sayının çox olması səbəbindən bəzi tibbi ləvazimatların ehtiyatında müvəqqəti çatışmazlıq yaranıb. Bu səbəbdən, pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınaraq, zəruri tibbi xidmətin operativ şəkildə təmin edilməsi üçün tibbi ləvazimatların bir hissəsi digər şöbədən gətirilib.
ƏLAQƏLİ
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Hər nə qədər tibbi xidmətin təmin olunmasında fasilə yaranmış olsa da, pasiyentə tələb olunan tibbi xidmət tam şəkildə icra edilib. TƏBİB, tibbi sərfiyyatın vətəndaş tərəfindən qarşılanması iddialarını qəti şəkildə təkzib edib.
Sabunçu Tibb Mərkəzi, vətəndaşlara keyfiyyətli və fasiləsiz tibbi xidmət göstərməyə daim önəm verdiyini vurğulayıb. Eyni zamanda, oxşar halların qarşısını almaq üçün nəzarət tədbirlərinin gücləndirildiyi bildirilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Dermatoloqdan isti duşla bağlı xəbərdarlıq
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir
Paket çaylarda təhlükə: bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır?