23.10.2026 - 15:14
Firuzə İbadova onkoloji xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"
Səhiyyə 136 baxış

Firuzə İbadova onkoloji xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"

Baku.ws-ın məlumatına görə, Əməkdar artist Firuzə İbadova ilk dəfə olaraq sağlamlıq problemləri haqqında danışıb. O, “Şadlıq olsun” verilişinə telefonla bağlanaraq vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Firuzə İbadova, onkoloji xəstəlikdən əziyyət çəkdiyini və bu xəstəliklə mübarizə apardığını bildirib. Onun sözlərinə görə, həkimlər tərəfindən aparılan əməliyyat zamanı beş şiş çıxarılıb.

“Məndə möcüzə oldu. Həkimlər görüntü ilə əməliyyat etdilər. Şişlər var idi. Beş şiş çıxartdılar. Biri mədəmin altında, üçü göbək ətrafımda, biri isə fərqli yerdə idi. Fəsadlar törədirdi, ayaqlarım tutulurdu. Şişlər çıxarılanda altında toxumalar olur. Həkim onları təmizlədi,” – deyə İbadova bildirib.

O, həmçinin qeyd edib ki, əməliyyatdan sonra ayaqlarında yaranan problemlər də aradan qalxıb. Həkimlərin peşəkarlığı sayəsində sağlamlığına qovuşduğunu vurğulayan sənətçi, bu çətin dövrdə ona dəstək olan hər kəsə təşəkkür edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: