07.08.2026 - 10:26
Təhsil
115 baxış
Taylandda məktəb faciəsi: Şagirdin silahlı hücumu qanla bitdi
Taylandın Nonthaburi əyalətində yerləşən Debsirin Nonthaburi Liseyində baş verən silahlı hücum faciə ilə nəticələnib. Hadisə zamanı azı iki nəfər həyatını itirib, 15-dən çox insan isə yaralanıb.
Minval.info xəbər verir ki, hücum Banqkok yaxınlığında yerləşən məktəbdə baş verib və ilkin məlumatlara görə, bu qanlı hadisəni məktəbin şagirdi törədib.
Yerli mənbələr ölən və yaralananların sayının artma ehtimalını irəli sürsə də, bu məlumat hələ rəsmi təsdiqini tapmayıb. Hadisə yerinə dərhal polis, xüsusi təyinatlılar və təcili tibbi yardım briqadaları cəlb olunub. Məktəbdə təxliyə işləri aparılıb və hücumun səbəbləri araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
19.09.2026 - 09:07
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
18.09.2026 - 22:16
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
18.09.2026 - 20:31
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
18.09.2026 - 17:08
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
18.09.2026 - 10:08
Universitetdə təhsil müddəti qısalır?
18.09.2026 - 09:19
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
16.09.2026 - 19:16
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
16.09.2026 - 14:50