Tanınmış filosof alim vəfat edib - FOTO

Azərbaycan elminə ağır itki üz verib.
Minval.info xəbər verir ki, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin uzun illər müdiri olmuş, “Şərq fəlsəfəsi problemləri” adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında vəfat edib.
Qeyd edək ki, Z.Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilib. Zümrüd Quluzadənin elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən daima yüksək qiymətləndirilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
