“Tərtər işi”nə görə həbs olunan komandir barədə ilginc faktlar - Arvadının üzünə kislota töküb...
“Tərtər işi”nə görə yenidən başlanılan cinayət işi üzrə təqsirli bilinərək həbs olunan hərbçilərdən biri – Fuad Axundov barədə ilginc faktlar ortaya çıxıb.
Bakupost.az xəbər verir ki, CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilən Axundov Fuad Arazi oğlu vaxtilə öz həyat yoldaşına qarşı insanlığa sığmayan rəftarı ilə gündəmə gəlib.
Belə ki, o, 2018-ci ilin dekabr ayında öz həyat yoldaşının üzünə kislota tökməkdə təqsirləndirilib. F.Axundov həyat yoldaşının başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.
Həmin vaxt başladılan məhkəmə prosesində məlum olmuşdu ki, F.Axundov Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onunla müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F.Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif olunub.
Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur.
Cütlüyün iki azyaşlı uşağı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sərxoş halda dava saldığı deyilən deputatdan reaksiya
DİQQƏT! Bu sürücüləri böyük məbləğdə cərimə gözləyir -VİDEO
"Ukraynanı məhv edəcəyik" - Putindən şok hədə "Bazar Xəbər"də
Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlandı
Səhv etdik, ikinci dalğa ola bilər – Həkimdən şok
Deputat: "Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”