Təhsil naziri: "Rayon təhsil şöbələri ləğv edilməyib"
“Regional Təhsil İdarələri iqtisadi rayonlar üzrə yaradılacaq”.
Minval.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir: “Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional Təhsil İdarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir”.
E.Əmrullayev vurğulayıb ki, Regional Təhsil İdarələri yaradılandan sonra vətəndaş müraciətləri daha tez həll olunacaq: “Təhsil Nazirliyinin işləri çox olduğundan müəyyən yubanmalar ola bilər. Vətəndaşların müraciətlərinə baxılması üçün qanunvericilik mövcuddur. İnsanlar haqlı şikayətlərini düzgün qaydada vermədiyinə görə baxılması üçün uzun vaxt tələb edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!