12.09.2026 - 18:13
Təhsil 19 baxış

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama

Sabiq təhsil naziri Misir Mərdanovun bir neçə gün əvvəl verdiyi müsahibə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. O, müsahibəsində təhsil sahəsindəki bəzi məsələlərə dair fikirlərini bölüşüb. Lakin bu fikirlər birmənalı qarşılanmayıb və müxtəlif istiqamətlərdə şərh olunub.

Minval.info xəbər verir ki, yayılan məlumatlarda Misir Mərdanovun Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəni hədəfə aldığı iddia edilib. Lakin sabiq nazir bu iddiaları öz “Facebook” hesabında təkzib edib.

Misir Mərdanov qeyd edib ki, müsahibəsi zamanı heç kəsin şəxsiyyətinə toxunmadan, yalnız subyektiv fikirlərini ifadə edib. O, Məleykə Abbaszadəni 30 ildən artıqdır tanıdığını və ona hər zaman hörmətlə yanaşdığını bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: