Təcili yardım maşını azərbaycanlı fəhlələri vurdu - 1 ölü, 12 yaralı
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.
“Minval.info” report-a istinadən xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.
Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən report-a bildirilib ki, qəza nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat daxil olmayıb.
Tikinti şirkətinin təhlükəsizlik üzrə meneceri Rati Tskitişvili isə jurnalistlərə bildirib ki, qəza zamanı xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır