29.08.2022 - 10:07
Dünya 1 baxış

“Suzuki” “Toyota” ilə birlikdə yeni elektmobil istehsal edəcək

“Suzuki” şirkəti “Toyota” ilə birlikdə yeni elektmobil istehsal edəcək.

Bu barədə “Report” “Nikkei”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda hər iki avtomobil istehsalçısı gələcək model üçün əsas olacaq kompakt elektromobillər üçün vahid platforma üzərində işləyirlər. Söhbətin kiçik bir krossoverdən getdiyi güman edilir.

Yaponiya şirkətləri bununla Hindistanın “Tata Motors” konserni ilə rəqabət aparmaq niyyətindədirlər. Qeyd edək ki, həmin şirkət də elektromobillərin istehsalını artırmaq qərarına gəlib və bu məqsədlə yaxın günlərdə “Ford India” Hindistanın qərbindəki Qucarat əyalətinin Sanand şəhərindəki zavodunu alıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: