Sumqayıtda dəhşətli hadisə - Həkim özünü doğradı
Sumqayıtda qadın abort zamanı dünyasını dəyişib.
Hadisə fevralın 16-da şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada baş verib. Bildirilir ki, 5 aylıq hamilə olan 1978-ci il təvəllüdlü Nuriyevə Çinarə Yadulla qızı abort üçün xəstəxanaya müraciət edib.
Sözügedən xəstəxanaya Sumqayıt şəhər 3 saylı qadın məsləhətxanasının həkimi Gülnarə Təkləvi gəlib və qadını abort edəcəyini boynuna götürüb. Nəticədə iki uşaq anası olan Ç. Nuriyeva əməliyyat masasında dünyasını dəyişib.
Həkim G. Təkləvi bu hadisədən affekt vəziyyətinə düşüb, canına qəsd etməyə cəhd edərək qollarını doğrayıb. Həkim xəstəxanaya yerləşdirilib.
Sumqayıt Səhiyyə şöbəsinin müdir əvəzi Səkinə Sadıxova Xeberle.com-a açıqlamasında faktı təsdiq edib:
“Hadisə fevralın 16-da axşam saatlarında olub. Birbaşa hüquq mühafizə orqanlarının müşayiəti ilə mərhumun nəşi Bakıda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Ekspertizanın rəyindən sonra qadının ölüm səbəbləri məlum olacaq”.
Hadisədən sonra 1978-ci il təvəllüdlü Ç.N.-ni abort edən həkim Gülnarə Təkləvi işdən uzaqlaşdırılıb.
Bununla bağlı Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İstintaq yekununda həkimin təqsiri təsdiqlənərsə, ona müvafiq cəza veriləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır