Sumqayıtda 78 sürücü barəsində protokol tərtib edilib
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində maarifləndirici-profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Minval.info”ya bildirilib ki, tədbir zamanı atmosferi normadan artıq çirkləndirən, yəni ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.
“Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 78 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bundan başqa digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.
Qeyd edək ki, “Təmiz hava” aylığı çərçivəsində yol polisləri tərəfindən profilaktik tədbirlər paytaxt Bakı ilə yanaşı, Respublikanın hər bir bölgəsində keçirilir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi
Şeyxülislamın təyyarəsi: Qardaşlıq jesti və təkzib
Bakının bəzi ərazilərində işıq kəsiləcək!
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
Azərbaycan və Dünya Bankı: Yeni inkişaf perspektivləri