Məşhur aktyorun noutbuk oğurluğu qalmaqalı
Türkiyənin tanınmış teatr və kino aktyoru Okan Karacan, İstanbulun Şişli səmtində iştirak etdiyi bir tədbirdə noutbuk oğurluğu ilə əlaqədar saxlanılıb. Tədbir zamanı masadan noutbuku götürərək uzaqlaşdığı anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Noutbukun sahibi E.Ş.A.-nın polisə müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində şübhəlinin Okan Karacan olduğu müəyyən edilib.
Minval.info xəbər verir ki, ifadəsi alınmaq üçün polis bölməsinə aparılan aktyor, ittihamları rədd edərək noutbuku yanlışlıqla götürdüyünü bildirib. Karacan, həmçinin zərərçəkənin üç nəfərlə birlikdə onu döydüyünü, silah dəstəyi ilə başına vurduqlarını və avtomobilin baqajına salaraq qaçırdıqlarını iddia edib. Aktyorun anası İ.K. isə oğlunun bu iddialarını yalanlayıb və noutbukun ona hədiyyə edildiyini düşündüyünü bildirib. Bir neçə gün sonra zərərçəkənlər evə gəldikdə noutbuku şəxsən onlara təhvil verib.
Məhkəməyə çıxarılan Okan Karacan, açıq oğurluq ittihamı ilə mühakimə olunsa da, sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır