10.09.2026 - 21:53
Ölkə 7 baxış

Bakının bəzi ərazilərində işıq kəsiləcək!

Bu gün Bakının Yasamal, Ağdaş, Tərtər və Yevlax rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Minval.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilir ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 10-da Yasamalda Transformator Məntəqəsində, Ağdaş, Tərtər və Yevlaxda isə 6 və 10 kV-luq hava xəttlərində təmir işləri aparılacaq. Eyni zamanda, xəttlərə toxunan yaşıllıqların budanması işləri də həyata keçiriləcək.

Bu səbəbdən Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nazim Hikmət, Vasif Əliyev, Zaur Kərimov küçələri və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. Ağdaş Elektrik Şəbəkəsinə daxil olan Ləki qəsəbəsi və Qaradağlı kəndinin bəzi ərazilərində də saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtər Elektrik Şəbəkəsinin ərazisində yerləşən Hacıqərvənd kəndini də əhatə edəcək. Yevlaxın Aşağı Qarxun, Ərəbbəsrə, Meyvəli və Yuxarı Qarxun kəndlərinin bəzi yerlərində isə saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər tamamlandıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: