VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
Son günlər yollarda baş verən ağır yol-nəqliyyat hadisələrinin artması sürücülərin yol hərəkəti qaydalarına daha ciddi əməl etməsini tələb edir. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Elvin Hacıyev bildirib ki, hər bir ağır qəzanın arxasında yalnız nəqliyyat vasitələrinin toqquşması deyil, həm də insan həyatı və ailələrin yaşadığı böyük faciələr dayanır.
Minval.info xəbər verir ki, Elvin Hacıyevin sözlərinə görə, yolda verilən bir anlıq yanlış qərar uzun illər davam edən ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən sürücülər sükan arxasında daha diqqətli olmalı, sürət həddinə və digər yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər. O, yol hərəkəti iştirakçılarını məsuliyyətli davranmağa çağıraraq qeyd edib ki, təhlükəsizliyin təmin olunmasında hər bir sürücünün davranışı mühüm rol oynayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Bakı-Abşeron qatarlarının metro tezliyində işləməsi planlaşdırılır
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir