Aysu Abdullayeva "Bantik"i şantajda ittiham edir
Aysu Abdullayeva adlı vətəndaş, “Bantik” mağazalar şəbəkəsində satıcı olaraq çalışdığı müddətdə ödənilməli olan bonusların verilmədiyini və sosial şəbəkədə paylaşdığı videoya görə təhdid edildiyini iddia edir.
Minval.info xəbər verir ki, Aysu Abdullayeva 2025-ci ilin yanvar ayından “Bantik”də işə başlayıb. Mağazada əməkdaşlar üçün aylıq planlar müəyyənləşdirilib və bu planlar yerinə yetirildikdə əlavə bonuslar ödənilib. Lakin o, may, iyun və iyul aylarında planı yerinə yetirdiyini, lakin iyun və iyul aylarına görə ödənişləri ala bilmədiyini bildirib.
Şikayətçi, işdən çıxdıqdan sonra “Bantik”in rəhbəri Leyla Əliyeva ilə əlaqə saxlayaraq ödənişlərin niyə edilmədiyini soruşub. Aysu Abdullayeva məsələ ilə bağlı polisə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini qeyd edib. Bundan sonra “Bantik”in mühasibi onunla əlaqə saxlayaraq problemi həll etməyi və ödənişi etməyi təklif edib.
Aysu Abdullayeva, sosial şəbəkədə paylaşdığı videonu silməsi və dediklərini təkzib etməsi üçün təzyiq gördüyünü iddia edir. O, həm haqqını tələb etdiyini, həm də məhkəmə ilə hədələndiyini bildirib. Dövlət Əmək Müfəttişliyi Xidməti ona məhkəməyə müraciət etməyi tövsiyə edib.
Məsələ ilə bağlı “Bantik” mağazalar şəbəkəsi ilə əlaqə saxlanılıb və şirkətdən bildirilib ki, Aysu Abdullayeva ilə bağlı məhkəməyə müraciət edilib və hazırda iş məhkəmədədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"