Azərbaycan və Dünya Bankı: Yeni inkişaf perspektivləri
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb. Ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələr müzakirə edilib.
Minval.info xəbər verir ki, görüşdə dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd olunub. Həmçinin, Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə edilib.
Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov da iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ticarət dövriyyəsi 30 milyardı keçdi
Qarabağ KOB-ları: Yeni təlimlər uğurla tamamlandı
Sevinc Məmmədova ABŞ-da prorektor təyin edildi
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir