Şoyqu və Gerasimov Putinin etimadını itirib
Ukraynadakı Rusiya hərbi qruplaşmalarının komandirləri çox güman ki, birbaşa Prezidenti Vladimir Putinə tabe olacaqlar.
Modern.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilib.
Qeyd olunub ki, müharibədə iştirak edən yüksək vəzifəli zabitlər əmrləri Müdafiə Nazirliyi və Baş Qərargah rəisi Valeri Gerasimovdan yox, birbaşa ölkə başçısından alacaqlar.
Məlumata görə, müdafiə naziri Sergey Şoyqu Ukraynadakı uğursuzluq səbəbindən Putinin etimadını itirib.
“Mənbələr iddia edirdilər ki, indi Putin Şoyqu ilə yox, Ukraynada “Mərkəzi” qoşunlar qrupuna nəzarət edən Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Surovikinlə birbaşa əlaqə saxlayır”, – Amerika Müharibənin Öyrənilməsi İnstitutundan bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir